Obama Rusiyanı yenə məyus elədi

Minsk anlaşması bütünlüklə həyata keçməyincə və Donbasda sülh bərqərar edilməyincə Vaşinqtonun Rusiyaya qarşı sanksiyalardan imtina eləmək fikri yoxdur. Musavat.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama bildirib.

“Heç olmasa, indiki sanksiyaları saxlamaq lazımdır ki, biz görək ki, onlar (Kremldəkilər-red.) anlaşmaya uyğun şəkildə atmalı olduqları bütün addımları atıblar” – deyib Ağ Ev başçısı.

Xatırladaq ki, dünən birbaşa efirdə Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Qərbin sanksiyaları saxlaması artıq Ukrayna hadisələri ilə bağlı deyil.

Rusiya Donbasdakı hadisələrdə əli olduğunu israrla danır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar