İran BMT-yə Yəmənlə bağlı plan təqdim etdi

İran BMT-yə Yəməndə böhranın nizamlanmasına dair dörd mərhələli plan təqdim edib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin BMT baş katibinə ünvanlandığı məktubda deyilir.

İlk olaraq, Zərif dərhal atəşkəsə nail olmaq və koalisiya qüvvələrinin hava zərbələrinə son qoymağa çağırıb. Planın ikinci bəndi Yəmən vətəndaşlarına humanitar və tibbi yardım göstərilməsi üçün təcili tədbirləri nəzərdə tutur. Bundan sonra ölkənin bütün partiyaları və ictimai qrupları arasında dialoq bərpa olunmalı, milli həmrəylik hökuməti formalaşdırılmalıdır.

Qeyd edək ki, adıçəkilən planı İran XİN rəhbəri öncə səfərdə olduğu İspaniyada təqdim etmişdi.

Xatırladaq ki, martın 26-dan etibarən Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəməndə şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar