5 milyardlıq qaz müqaviləsi imzalanır

Gələn həftə Yunanıstan və Rusiya qaz kəmərinin çəkilməsi üzrə saziş imzalayacaqlar. APA-nın məlumatına görə, bu barədə “Spiegel-Online” yazıb.

Qeyd olunur ki, saziş müflisləşmə təhlükəsi ilə üzləşən Yunanıstana 3-5 milyard avro məbləğində mənfəət gətirə bilər. Kəmərin 2019-cu il üçün istifadəyə verilməsi nəzərdə tutulub.

İki ölkə arasında qaz sazişinin aprelin 21-də imzalanması planlaşdırılır. Müqavilənin təfərrüatları bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin və Yunanıstanın baş naziri Aleks Tsipras arasında baş tutan görüşdə müzakirə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar