"Rusiya hərbçilərinin Donbasda sayı çox böyükdür" - ABŞ

ABŞ dövlət departamenti Rusiya hərbçilərinin Donbasdakı sayını dəqiq bilməsə də, onların olduqca çox olmasından əmindir. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət departamentinin rəsmisi Mari Harf bildirib.

“Hərbçilərin sayı çoxdur. Dəqiq say barədə məlumatımız yoxdur. Bilirik ki, rusiyalı hərbçilər Ukraynanın şərqində xidmətlərini davam etdirirlər. Rusiya həmçinin Minsk razılaşmalarına əməl etmir ”, deyə M.Harf bildirib.

Xatırladaq ki, ABŞ və NATO dəfələrlə Rusiya hərbçilərinin Ukraynanın cənub-şərqində olduğunu bəyan etsələr də, Rusiyanın Müdafiə nazirliyi bu məlumatları təkzib edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar