ABŞ konsulluğu qarşısında partlayış - 2 türk öldü

İraqın Ərbil şəhərində ABŞ konsulluğunun qarşısında törədilən partlayış nəticəsində 2 Türkiyə vətəndaşı ölüb. APA-nın Haberler.com xəbər portalına istinadən verdiyi xəbərə görə, Türkiyənin Xarici İşlər Nazirliyi faktı təsdiqləyərək, yaralananlar arasında daha 5 Türkiyə vətəndaşının olduğunu bildirib.

Reuters agentliyinin məlumatına əsasən, ABŞ konsulluğu qarşısında törədilən partlayışa görə məsuliyyəti “İŞİD” qruplaşması öz üzərinə götürüb.

Bundan əvvəl ölənlərin sayının 3-ə, yaralananların isə 14-ə çatdığı bildirilirdi.

ABŞ dövlət departamentinin məlumatına əsasən, konsulluğunun əməkdaşları arasında zərər çəkən yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar