Bakıda ağır yol qəzası: 3 ölü, 1 yaralı - Video

Ötən axşam Bakının Nizami rayonu ərazisində üç nəfərin ölümü, bir nəfərin ağır yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan “Lifan” markalı minik maşını yolun kənarındakı işıq dirəyinə çırpılıb. Güclü zərbədən avtomobil iki hissəyə bölünüb.

Nəticədə msaşının sürücüsü və iki sərnişin hadisə yerində dünyasını dəyişib, daha bir sərnişin isə xəsarət alıb. Meyitlərin və yaralının deformasiyaya uğramış avtomobildən çıxarılması mümkün olmadığından, hadisə yerinə FHN-n Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər.

Meyitlər və xəsarət almış sərnişin avtomobildən çıxarılıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, Bülbülə qəsəbəsinin sakini, 1954-cü il təvəllüdlü Səlimov Akif Səlim oğlunun vəziyyəti ağır kimi qiymətləndirilir.

Meyitlər isə Nizami Rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Onların şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. İstintaqçılar hadisə yerini müayinə ediblər. İlkin ehtimala görə, qəzaya sürət həddinin aşılması səbəb olub. Qəzanın dəqiq səbəbi təyin olunmuş avtotexniki ekspertizanın rəyindən və ərazidəki müşahidə kameralarının görüntülərinə baxıldıqdan sonra məlum olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar