"Olland İrəvanda Putinlə görüşəcək" - Yelisey sarayı

Fransa prezidentinin dəftərxanası prezident Fransua Ollandın aprelin 24-də İrəvana səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini təsdiqləyib. Virtualaz.org saytı xəbər verir ki, Yelisey sarayından yayılan açıqlamaya əsasən prezidentlər ilk növbədə Ukraynanın şərqindəki vəziyyəti müzakirə edəcəklər.

“Liderlər bir sıra digər məsələləri də müzakirə etməyi planlaşdırırlar”- deyə açıqlamada bildirilir.

Bundan əvvəl Vladimir Putinlə Fransua Ollandın İrəvanda görüşə biləcəyini Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirmişdi.

Fransa prezidenti Fransua Olland “soyqırım” tədbirlərində iştirak etmək üçün aprelin 24-də İrəvana səfər edəcək, aprelin 25-də isə Bakıya gələcək. Fransa prezidentinin İrəvanda və Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparacağı da gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar