Xalqdan oğurlanan pullar geri alınır

Eks prezident və yaxınlarının İsveçrə banklarında 137, Lixtenşteyndə isə 22 milyon avrosu var

Ukrayna sabiq prezident Viktor Yanukoviç rejiminə aid dondurulmuş pulların ölkəyə qaytarılmasına hüquqi kömək göstərməsi ilə bağlı İsveçrə hökumətinə göndərdiyi sorğuya müsbət cabab verilib. Anspress-in məlumatına görə, bu barədə İsveçrənin Federal Ədliyyə İdarəsi bildirib.

İdarənin nümayəndəsi Folko Qalli deyib ki, Ukrayna Baş Prokurorunun dəftərxanasından daxil olan ərizə təmin edilib. Belə ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç dövründə yüksəkvəzifəli şəxslərə aid olan aktivlərin dondurulması işinə hüquqi kömək verilməsi haqqında və bank yazılarının aradan qaldırmasına order verilib.

O vurğulayıb ki, Federal Ədliyyə İdarəsi V.Yanukoviç "ailəsinin" sabiq-məmurlarının dondurulmuş aktivlərinin həcmi haqqında hər hansı informasiyaya malik deyil. Bu, İsveçrə nümayəndələri tərəfindən Ukraynanın sabiq prezidentinin işi ilə bağlı hüquq sorğusu üzrə müsbət qərar çıxarması birinci hadisədir.

Xatırladaq, V.Yanukoviç və onun ətrafındakıların İsveçrə banklarında 137 milyon avro, Lixtenşteyndə isə 22 milyon avro aktivi dondurulub. İsveçrə ilk ölkədir ki, 2014-cü ildə sabiq prezidentin və onun 30 nümayəndəsinin aktivlərini bloklayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar