İran prezidenti söz verdi

“İran nüvə energetikasının inkişafı məsələlərində beynəlxalq öhdəlikləri yerinə yetirəcək və əldə edilən sonuncu razılaşmanın uğurla bitməsi üçün danışıqları dava etdirəcək”. Modern.az xarici KİV-ə xəbər verir ki, İran prezidenti Həsən Ruhani belə bəynatla çıxış edib.

O, Tehranda milli ordu günü ilə əlaqədar keçirilən hərbi paraddan əvvəl çıxış edərkən bildirib ki, İran nüvə proqramı ilə bağlı yekun sazişə nail olmağa çalışır.

Qeyd edək ki, Lozannada İranla “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) arasında aparılan danışıqlar zamanı Tehranın nüvə proqramına dair razılaşma əldə edilib.

Razılaşmada İrandakı nüvə mərkəzlərinin hər hansı birinin sökülməsi nəzərdə tutulmur. Razılaşmaya görə İranda uran zənginləşdirmək üşün yeganə mərkəz Natanz nüvə obyekti olmalıdır.

Fordo nüvə mərkəzinin isə yalnız elmi məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur.

İranın razılaşmaya əməl edəcəyi təqdirdə Qərb rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldıracaq.

İranın nüvə proqramına dair yekun sazişin iyun ayının 30-dək imzalanacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar