Pentaqon əsas hədəflərini açıqladı

Rusiya və Çin öz hərbi potensialını ABŞ gözlədiyindən daha tez gücləndirib. APA-nın xəbərinə görə, bu barədə Pentaqon rəhbərinin müavini Robert Uork deyib.

"ABŞ İraq və Əfqanıstanda müharibə apardığı vaxtda, Moskva və Çin hərbi potensialını gücləndirməklə məşğul idi", - deyə o bildirib.

Pentaqon rəsmisi qeyd edib ki, Vaşinqton Moskva və Pekini beynəlxalq hüquq çərçivəsində tərəfdaş kimi görmək niyyətindədir.

"Biz onlarla müharibə etmək niyyətində deyilik. Bizim əsas hədəflərimiz bunlardır: onların məqsədini öyrənmək, onları nə saxlaya bilər və böhrandan necə qaçmaq olar", - deyə R. Uork qeyd edib.

Onun sözlərinə görə, ABŞ 1989-cu ildən etibarən SSRİ-ni, ardınca Rusiyanı Avropanın tərəfdaşı etmək istəyib. "Uzun müddət ərzində biz inanırdıq ki, hər şeyi düz edirik. Lakin Vladimir Putin bizi təəccübləndirdi. Aydındır ki, o, tərəfdaş olmaq istəmir", - deyə o qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar