"HAKİMİYYƏT ABŞ-a SÖZ VERİB, YERİNƏ YETİRİR" -Mehman Əliyevdən şok açıqlama

"Azərbaycan hakimiyyəti Tomas Melianı arxayın edib ki, sən gəlmə, biz problemləri həll edəcəyik”

Mehman Eliyev

ABŞ dövlət katibinin müavini Tomas Melianın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin rəsmi Bakının istəyi ilə təxirə salınmasının arxasında hansı məqamların və ya razılaşmaların olması barədə müxtəlif şərhlər verilir. Bu mövzuda maraqlı şərhlərdən birini siyasi ekspert, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev verib.

Faktxeber.com-a açıqlamasında M.Əliyev deyib ki, ABŞ dövlət katibinin müavini Tomas Melianın gəlməməsi müqabilində Azərbaycan hökuməti bəzi problemləri həll edəcəyinə dair söz verib. Ona görə T.Melianın səfərinə ehtiyac görmədilər: “O, iyul ayında Azərbaycana gələndə hakimiyyətin qarşısına bir sıra məsələlər qoymuşdu və həmin məsələlər öz həllini tapdı. Bir sıra məsələlərin operativ şəkildə həll edilməsinə ehtiyac var idi. Həmin məsələlərdən biri Cəmil Həsənlinin namizədliyinin qeydə alınması ilə bağlı idi. Artıq Cəmil Həsənlinin namizədliyinin qeydə alınma problemi öz həllini tapıb. Tomas Melianın adi məsələlərə görə Azərbaycan gəlməsi mümkün deyil. O, bilir Azərbaycana niyə gəlir. Azərbaycan hakimiyyəti Tomas Melianı arxayın edib ki, sən gəlmə, biz problemləri həll edəcəyik”.

Hətta yaxın günlərdə məhbuslarla bağlı amnistiyanın da olacağını bildirən M. Əliyev diqqəti imzatoplama kampaniyasının problemsiz keçdiyinə çəkib: “Birinci dəfə idi ki, Azərbaycanda seçki ilə bağlı imzatoplama kampaniyası normal şəkildə həyata keçirildi və heç bir maneçilik törədilmədi. Demək olar ki, Azərbaycan hakimiyyəti indiki halda dediyi sözə əməl edib. İlqar Məmmədovla bağlı problemin də öz həllini tapacağı gözlənilir. İlqar Məmmədov qeydiyyatdan keçən kimi Azərbaycan hakimiyyəti dərhal onu azad etmək məcburiyyətində qalacaq. Çünki qanunvericiliyin tələbi budur”.

Qeyd edək ki, ABŞ səfirliyi T. Melianın rəhbərlik etdiyi nümayəndə heyətinin sentyabrın 9-da Bakıya səfərinin 9 oktyabr seçkilərinə qədər təxirə salınmasının Azərbaycan hakimiyyətinin istəyi ilə həyata keçdiyi barədə məlumat verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar