Polşada zəlzələ olub

İki şaxtaçı itkin düşüb

Bu gün gecə Polşada zəlzələ baş verib. Təkanlar «Muek-Şlensk» şaxtasında hiss olunub. Şaxtaçıların təhlükəsizlik texnikası qaydalarına uyğun olaraq, insanlar yerin üstünə evakuasiya olunub. Şaxtaçıların sayı dəqiqləşdirilir. İki nəfərin itkin düşdüyü xəbər verilir («Ria Novosti»).

Polşa xilasediciləri itkinlərin axtarışı ilə məşğuldur. Episentri Sileziya voyevodalığında olan zəlzələnin maqnitudası 4,0 bal təşkil edib.

«Muek-Şlensk» şaxtasının daxil olduğu Katovitsk kömür holdinqinin nümayəndəsi bildirib ki, itkinlərin axtarışı oksigen çatışmazlığı səbəbindən, mürəkkəb şəraitdə davam etdirilir. Şaxtaçıların axtarışına 50 xilasedicinin cəlb olunduğu bildirilir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar