Azərbaycan valyuta bazarının həftəlik icmalı - Cədvəl

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0033 manat (0,31 faiz) ucuzlaşıb. Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 1,0515 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi
6 aprel 1,0487 13 aprel 1,0537
7 aprel 1,0496 14 aprel 1,0514
8 aprel 1,0517 15 aprel 1,0511
9 aprel 1,0515 16 aprel 1,0507
10 aprel 1,0520 17 aprel 1,0504
Həftə ərzində orta 1,0507 Həftə ərzində orta 1,0515

Həftə ərzində Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi manatın avroya nisbətdə rəsmi məzənnəsi 0,0147 manat (1,32 faiz) artıb. Bununla da orta məzənnə bir avroya nisbətdə 1,1197 manat səviyyəsində müəyyən olunub.

Avroya nisbətdə manatın rəsmi məzənnəsi
6 aprel 1,1521 13 aprel 1,1161
7 aprel 1,1482 14 aprel 1,1106
8 aprel 1,1399 15 aprel 1,1167
9 aprel 1,1330 16 aprel 1,1244
10 aprel 1,1235 17 aprel 1,1308
Həftə ərzində orta 1,13934 Həftə ərzində orta 1,1197

Ötən həftə 1 unsiya qızılın dəyəri 4,0908 manat (0,32 faiz) azalıb. Müvafiq olaraq, qızılın orta qiyməti 1260,7789 manat təşkil edib.

1 unsiya qızılın qiymətinin dəyişməsi
6 aprel 1256,8670 13 aprel 1269,14
7 aprel 1257,9456 14 aprel 1260,5235
8 aprel 1273,6087 15 aprel 1255,8017
9 aprel 1269,4234 16 aprel 1253,38
10 aprel 1256,9296 17 aprel 1265,0492
Həftə ərzində orta 1262,95486 Həftə ərzində orta 1260,7789

İlin əvvəlindən Bakı Banklararası Valyuta Birjasında alış-veriş aparılmır, buna görə də manatın birja məzənnəsi artıq formalaşmır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar