BAKIDA ŞOK GECƏ ƏMƏLİYYATLARI - "Məmur uşaqlarının başlarını qırxırlar..."

Qanun pozanların əksəriyyəti məmur və biznesmen balalarıdır; bu “papalarının gül balaları”nın saçlarını qırxdırıb təcridxananı təmizlətdirirlər...

Ölkə prezidenti cənab İlham Əliyevin keçirdiyi müşavirələrdə üzünü məmur korpusuna tutaraq, onların özlərini və övladlarını harın, qudurğan həyat tərzi sürməkdən çəkinmək çağırışıları artıq öz bəhrəsini verməkdədir. Bu çağırışdan irəli gələn vəzifələrin yerinə yetirilməsi uzun illərdr paytaxt sakinlərinin canını boğaza yığmış avtoxuliqanlara və sərxoş sürücülərə qarşı mübarizənin təşkilində də artıq lazımi effekt göstərməyə başlayıb.

Belə ki, Strateq.az-a daxil olan məlumata görə, təkcə son üç ay ərzində Bakı Şəhər Dövlət Yol Polisi (BŞDYP) xəttiylə 3048 nəfər sərxoş sürücü, eləcə də 195 nəfər avtoxuliqan saxlanılaraq, barələrində ölçü götürülüb. İşin ən maraqlı tərəfi odur ki, ilkin araşdırmalarda qanunvericiliyin tələblərini kobud şəkildə pozan sürücülərin əksəriyyətinin məmur və biznesmen övladaları və ya onların yaxın qohum-əqrabasının olduğu üzə çıxıb.

Mənbənin bildirdiyinə görə, BDYP xəttiylə xüsusən gecələr keçirilən reydlər zamanı sürücülərin təkcə spirltli içkilər deyil, eyni zamanda bəzilərinin müxtəlif dozalarda narkotik və psixotrop maddələrdən də istifadə etməklə sükan arxasına əyləşdikləri və Bakı küçələrini “avtoş meydançası”na çevirdikləri aşkarlanıb.

Mənbənin dediyinə görə, barələrində müxtəlif tədbirlər görülən bu məmur və biznesmen balalarını azğınlıqdan çəkindirmək üçün son aylarda polis maraqlı bir cəza növü də tətbiq etməyə başlayıb: 20-30 sutkalığına müvəqqəti saxlama təcridxanalarına aparılan bu “gül balalar”ın, daxili təlimata uyğun olaraq, saçları dibdən qırxılır və əllərinə də süpürgə verilərək, döşəmə və dəhlizləri təmizlətdirirlər...(Strateq.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar