Erməni hərbçilər qəzaya düşüb - 1 ölü, 9 yaralı

Ermənistanda hərbçilərin olduğu yük avtomobili qəzaya düşüb.APA-nın “news.am"-a istinadən verdiyi məlumata görə, hadisə hərbçilər Armavirdəki hərbi təlimdən qayıdarkən baş verib.

“Ural” markalı avtomaşın Spitak-İrəvan yolunda yarğana yuvarlanıb.

Qəza nəticəsində 1995-ci il təvəllüdlü sürücü Artem Torosyan ölüb, 9 hərbçi xəsarət alıb.

Onlar Ermənistan Müdafiə Nazirliyinin hospitalına yerləşdiriliblər. Hərbçilərdən biri əməliyyat olunub, daha 3-ü reanimasiya şöbəsindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar