Erməni hərbçilər qəzaya düşüb: 1 ölü, 9 yaralı - Video
Baxiş sayı:
Dərc olunub:
18/04/2015 - 14:56
Ermənistanda hərbçilərin olduğu yük avtomobili qəzaya düşüb. APA-nın “news.am"-a istinadən verdiyi məlumata görə, hadisə hərbçilər Armavirdəki hərbi təlimdən qayıdarkən baş verib.
“Ural” markalı avtomaşın Spitak-İrəvan yolunda yarğana yuvarlanıb.
Qəza nəticəsində 1995-ci il təvəllüdlü sürücü Artem Torosyan ölüb, 9 hərbçi xəsarət alıb.
Onlar Ermənistan Müdafiə Nazirliyinin hospitalına yerləşdiriliblər. Hərbçilərdən biri əməliyyat olunub, daha 3-ü reanimasiya şöbəsindədir.
Son yazılar
11:17
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.