Merkelin «azad ticarət» arzusu - Vladivostokdan Lissabona qədər...

Rusiya KİV-nin yaydığı məlumata görə, Almaniyanın kansleri Angela Merkel bu günlərdə bəyan edib ki, «siyasi fikir ayrılıqları»na baxmayaraq, Rusiya ilə iqtisadi əməkdaşlığı kəsmək istəməzdi.

Kanslerin sözlərinə görə, Moskva ilə Berlin arasında mövcud olan fikir ayrılıqlarının siyasi diskussiyaların köməyi ilə həlli vacib məsələdir. Ştralzundda keçirilən iqtisadi foumda çıxış edən Merkel bu barədə deyib: «Perspektivdə biz nəhəng azad ticarət zonalarının yaradılmasını, o cümlədən, Rusiya ilə birgə zonanın yaradılmasını düşünürük...»

«dpa» agentliyinin yaydığı xəbərə görə, çıxışı zamanı Almaniya hökumətinin başçısı həm də qeyd edib ki, Moldova və Ukrayna ilə Avropa İttifaqı tərəfindən imzalanmış assosiasiya sazişi Rusiyaya qarşı yönəlməyib: «Biz addım-addım ümumi iqtisadi məkana yaxınlaşırıq - bir dəfə Vladimir Putin belə deyib - Vladivostokdan Lisasabona qədər...» («Rosbalt»).

Bu zaman birinci dərəcəli məsələ kimi Ukrayna konfliktinin tənzimlənməsi istiqamətində Merkel Minsk razılaşmasının yerinə yetirilməsinin vacibliyini önə çəkib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar