Rusiya qondarma respublikaları tanıya bilər - Putindən açıqlama

Rusiya Federasiyasının prezidenti Vladimir Putin qondarma “Donetsk Xalq Respublikası”nın və “Luqansk Xalq Respublikası”nın gələcəkdə rəhbərlik etdiyi ölkə tərəfindən tanına biləcəyi ilə bağlı sualı cavablandırıb. APA-nın xəbərinə görə, “Rossiya 1” telekanalına danışan V. Putin bildirib ki, Rusiya bu məsələyə “baş verəcək reallıqlar” prizmasından baxacaq.

“Hazırda bununla bağlı nə isə demək istəmirəm, çünki bu, əks effekt yarada bilər. Biz bu məsələyə baş verəcək reallıqlar prizmasından baxacağıq”, - deyə Rusiya lideri deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar