Ərdoğan velosiped sürdü - Foto

Türkiyə prezidenti xüsusi olaraq onun üçün hazırlanmış velosipedə minib

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan velosiped sürüb. Anspress-in məlumatına görə, "51-ci Prezidentlik Türkiyə Velosiped Turu" (51. Cumhurbaşkanlığı Türkiye Bisiklet Turu) tanıtımı ilə bağlı mətbuat konfransına qatıldı. Ölkə başçısı tədbirdə xüsusi olaraq onun üçün hazırlanmış velosipedə minib.

Ərdoğan tanıtım turundan sonra açıqlamasında bunları deyib: "Belə bir bahar günündə ənənəyə çevrilmiş "Prezidentlik Türkiyə Velosiped Turununun" 51-cisini bu gün reallaşdırırıq. Bu mətbuatımıza bir tanıtma idi. Bu yarış önümüzdəki həftə Antaliyada başlayacaq və dünyadan bir çox velosipedçi qatılacaq. 3 mayda İstanbulda final etapı ilə tur tamamlanacaq. Biz də 3 mayda burada olacağıq".

"Əslində bir çox dünya öıkələrində olduğu kimi, daha doğrusu Qərb ölkələri kimi, velosipedi hələ sevdirə bilməmişik. Ancaq bəzi bölgələrimizdə, başda Konya olmaqla həqiqətən də bu mövzuda yaxşı addımlar atırlar, yaxşı infrastrukturlar meydana gətirirlər. Xahişim odur ki, digər bölgələrimizdə də, İstanbul, Ankara, İzmir, Antalya kimi buralarda da velosipedə olan marağı artıraq. Eyni zamanda, velosiped istehsal edən şirkətlərimiz qiymətləri uyğun etsələr, o zaman bu işin istehlakı da çox daha fərqli olacaq. Buna da inanıram".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar