Bəşər Əsəd İŞİD-i məhv etməyin yollarını göstərdi

"Radikal İŞİD qruplaşmasının ən təhlükəli liderləri Skandinaviya ölkələrini təmsil edir". Anspress-in məlumatına görə, bunu Suriya Prezidenti Bəşər Əsəd bildirib.

O, İsveçin "Expressen" qəzetinə müsahibəsində belə deyib: "Siz nəzərə almalısınız ki, bizim regionumuzda İŞİD-in ən təhlükəli liderləri skandinaviyalılardır."

B.Əsəd jurnalistin "Suriyada və İraqda vuruşan terrorçuların vətənə qayıdışı İsveçin daxili təhlükəsizliyi üçün ən böyük təhdid olmayacaqmı?" sualına belə cavab verib: "Döyüşçülərin qayıdışından sonra yaranacaq təhlükə təkcə regional problem deyil, bu, qlobal çağırışdır. Buna nümunə kimi 2015-ci ilin yanvarında Parisdə "Charlie Hebdo" həftəlik qəzetinin redaksiyasına hücumu, həmçinin Stokholmda 2010-cu ildə Taymur Abdulvahabova edilmiş terror aktını xatırlatmaq kifayətdir".

Suriya prezidenti terrorizmə qalib gəlməyin yolunu da göstərib: "Biz, bununla ilk növbədə, ideoloji sferada mübarizə aparmalıyıq. Həmçinin, terrorizmin məhv edilməsi üçün yoxsulluqla mübarizə aparmaq lazımdır. Avropa Komissiyasının ədliyyə məsələləri üzrə komissarı Vera Yurova Fransanın "Le Figaro" qəzetinə bildirib ki, Suriyada İŞİD döyüşçülərinin tərəfində 6 minə qədər avropalı vuruşur. Amma bu rəqəmlər həddindən artıq azaldılıb".

Xatırladaq ki, Rusiyada qadağan edilmiş İŞİD radikal qruplaşması Suriya və İraqın ərazilərində hərəkət edir və döyüşçülər Mosulu xəlifət elan ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar