“Vaxtilə “genosid” sözünü Reyqan da söyləmişdi...”

“Barak Obamanın prezidentlik müddəti başa çatır və istisna deyil ki, o, “genosid” sözünü işlədəcək, hərçənd bu çox az ehtimallıdır”. Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, bu fikri “168 jam” qəzetinə müsahibəsində Nyu-Yorkdakı siyasi elmlər doktoru Ayk Martirosyan bildirib.

“Əgər Obama “soyqırım” sözünü işlətsə belə, bu, heç bir hüquqi nəticə doğurmayacaq və yalnızca quru sözün dilə gətirilməsi demək olacaq. Vaxtilə “genosid” sözünü prezident Ronald Reyqan da söyləmişdi. Sonra nə oldu ki? Axı ondan sonra heç nə dəyişmədi” – deyib erməni politoloq.

“Təsəvvür edək ki, Barak Obama “genosid” dedi. Prezident sözü bu ölkədə hüquqi qüvvəyə malik deyil” - əlavə edib Martirosyan.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar