"Ümid edirik ki, prezidentlər dialoqu davam etdirəcək" - Səfir

ABŞ Beynəlxalq Qırmızı Xaş Komitəsinin vasitəçiliyi ilə Dağlıq Qarabağmünaqişəsi zamanı itkin düşmüş şəxslərin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin Paris sammitində əldə etdiyi razılaşmanı alqışlayır.

APA-nın xəbərinə görə, bunu ABŞ ATƏT-dəki səfiri Daniel Baer deyib.

"Biz tərəfləri bu cür addımları atmaq üçün konkret addımlar atmağa çağırırıq. Bununla yanaşı, tərəflər ATƏT-in Minsk Qrupunun əlaqələri genişləndirmək və inam mühitinin yaradılması istiqamətində atdığı addımları nəzərdən keçirməlidir", - deyə diplomat qeyd edib.

D. Baerin sözlərinə görə, ABŞ ümid edir ki, Azərbaycan və Ermənistan prezidentləri bu il dialoqu davam etdirmək üçün öz öhdəliklərini yerinə yetirəcək.

"Sülh yolu ilə aparılan danışıqlara alternativ yoxdur. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yenə də tərəflərlə sıx əməkdaşlığa hazırdır", - deyə səfir qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar