"Minsk razılaşmaları pozulacaq" - Separatçı lider

[caption id="attachment_111626" align="alignleft" width="300"] Zaxarçenko tanınmamış "DNR" ərazisini genişləndirmək niyyətində olduğunu deyib.[/caption]

Ukrayna separatçılarının lideri deyib ki, Kiyev “DNR”in müstəqilliyini tanımasa Minskdə əldə olunmuş atəşkəs sazişi baş tutmayacaq.

BBC-yə danışan Aleksandr Zaxarçenko müstəqilliyini elan etmiş “Donetsk Xalq Respublikası”nın ərazisini genişləndirmək niyyətində olduğunu deyib.

Siyasətçi Kiyevi müharibəyə hazırlaşmaqda suçlayıb.

Onun sözlərinə görə Kiyevdəki hökumət Qərb vasitəçiliyilə əldə olunmuş sazişin şərtlərinə əməl etmir.

"Ukrayna bütün məsələləri həll etmək istəmir”.

Bu həftə boyu təmas xəttində atəş səslənib.

Hərbi hərəkətlərin fəallaşması Rusiya, Almaniya, Fransa və Ukrayna arasında Minskdə imazalanan atəşkəs tələblərinin yerinə yetirilmədiyinə dəlalət edir, BBC müxbiri bildirir.

Ukrayna ordusu və rusiyapərəst qüvvələr ağır silahların geri çəkildiyini bildirirlər. Eyni zamanda tərəflər bir-birini təmas xəttində silah cəmləşdirmək və həmlə əməliyyatına hazırlıqda ittiham edirlər.

Cümə günü İnsan hüquqları üzrə BMT komissarı ötən ildən bəri davam edən Ukrayna münaqişəsində ölənlərin sayının 6116 çatdığını qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar