Azərbaycana qarşı yeni təxribat

Son vaxtlar bəzi saytlar mətbəximizlə bağlı uydurma yazılar dərc edir

Bakıda keçiriləcək İlk Avropa Oyunlarından əvvəl təəssüfedici hallar yaşanır. Azərbaycana qarşı yalan məlumatlar yayılır.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov ANS PRESS-ə açıqlamasında bildirdi ki, son vaxtlar bəzi xarici internet saytları Azərbaycan mətbəxi ilə bağlı uydurma yazılar dərc edir.

Nazirliyin təşəbbüsü ilə hazırlanan “Azərbaijan breakfast” adlı layihə haqqında yazıların dərc edildiyini deyən Vüqar Şixəmmədov bildirdi ki, www.eurasianet.org saytında Azərbaycana qarşı davamlı şəkildə qərəzli məqalələr yer alır.

"Halbuki “Azerbaijan breakfast” layihəsinin həyata keçirilməsində məqsəd turistlərə mətbəximizin müxtəlif nemətlərini təqdim etməkdir. Bəzi xarici internet saytları isə bu barədə uydurma məlumatlar yayır. Məsələn yuxarıda qeyd etdiyim saytda gürcü əsilli müəllif Giorgi Lomsadze Azərbaycana qarşı qərəzli yazıla dərc edir. Amma bu yazılar mətbəximizin özəlliyinə zərər vura bilməz", - deyə Nazirliyin rəsmisi bildirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar