Almanlar yenə “soyqırımı” demədi

1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələrdən bəhs edən və aprelin 24-də Almaniya parlamentində (bundestaq) səsverməyə çıxarılacaq qətnamənin mətni dərc olunub. Virtualaz.org saytı Almaniyanın “Die Presse” nəşrinə istinadən xəbər verir ki, bundan əvvəlki illərdə də “erməni genosidi” ifadəsini işlətməyən alman siyasətçilərinin qəbul etdiyi bu qətnamənin mətnində də “soyqırımı” sözü yer almır.

Yada salaq ki, son bir neçə ay əvvəl bundestaqda 4 parlament fraksiyasının üzvlərindən ibarət deputat qrupu yaradılıb. Bu deputat qrupu Almaniyanın uydurma “erməni soyqırımı”nın 100 illik yubileyi məsələsinə dair mövqeyinin necə olacağı məsələsini araşdırırdı.

Yaşıllar İttifaqının üzvü Cem Özdəmir və Sol Partiyanın nümayəndəsi Petr Pau “soyqırımı” sözünün bundestaqda müzakirəyə çıxarılacaq qətnamənin mətninə daxil olunmasında israr edirdilər. Sosial-demokratlar və hakim koalisiyadan olan deputatlar isə buna qarşı çıxaraq “genosid” ifadəsindən istifadədən imtina etməyə çağırırdı.

Qeyd edək ki, Avropa Parlamenti aprelin 15-də “Aprelin 24-nün Avropa İttifaqında erməni genosidi qurbanlarının xatirəsini anma günü elan edilməsi” barədə qətnamə qəbul edib. Həmin qətnamə Avropa İttifaqının üzvü olan bütün ölkələrin parlamentlərinin müvafiq məzmunda sənəd qəbul etməsini nəzərdə tutur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar