İranla Səudiyyə Ərəbistanı arasında gərginlik artır

Bu gün İran prezidenti Həsən Ruhaninin Yəməndə huti üsyançılarına qarşı Səudiyyə Ərəbistanının başçılıq etdiyi hava hücumlarını sərt tənqid etməsindən sonra iki ölkə arasında gərginlik daha da artıb.

"Regiondakı insanların qəlbində nifrət toxumlarını siz əkmisiniz" deyə İranın Milli Ordu günü mərasimində Səudiyyə Ərəbistanına yönəlik şərhində İran prezidenti bildirib.

İranın ali dini lideri isə daha əvvəl isə Səudiyyənin Yəməndəki kampaniyasını soyqırım və cinayət adlandırmışdı. İranın Yəməndəki şiə üsyançıları həm hərbi, həm də maliyyə cəhətdən dəstəkdiyi ehtimal olunur. Ancaq İran bu iddiaları rədd edir.

Dünən həyata keçirilən növbəti hava hücumlarının ardınca Səudiyyə Ərəbistanı BMT-nin Yəməndə təcili humanitar yardım üçün istədiyi 274 milyon dolların hamısını təmin edəcəyinə söz verib. BMT bildirir ki, münaqişə nəticəsində ən azı 150 min insan evlərindən didərgin düşüb. Hesabatda habelə Səudiyyə hava hücumlarına başlayandan bəri 700 nəfərin öldüyü deyilir. /"Amerikanın səsi"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar