NATO XİN başçıları Antalyaya toplaşacaq

Mayın 13-14-də Türkiyənin Antalya kurort şəhərində NATO XİN başçılarının toplantısı olacaq. Musavat.com-un xarici qaynağa istinadən verdiyi məlumata görə, bu barədə alyansın mətbuat xidmətinin yaydığı rəsmi məlumatda deyilir.

Sammitin ev sahibi kimi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edir, lakin toplantıda sədrliyi Şimali Atlantika blokunun baş katibi Yens Stoltenberq edəcək.

XİN başçıları səviyyəsində NATO-nun ənənəvi yaz müşavirəsinin gündəliyi dəqiqləşdirilir. Adətən belə planlı görüşlərdə beynəlxalq vəziyyət və alyansın siyasəti ilə bağlı aktual məsələlər müzakirə edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar