Estoniya prezidenti arvadı boşayır

İkinci kəbin də «yaramadı»!

Estoniyanın prezidenti Toomas Hendrik İlves və arvadı Evelin boşanmaq qərarına gəliblər. Prezident dəftərxansından bildiriblər ki, Bu, düşünülmüş qərardır:

«Toomas Hendrik İlves və Evelin İlves hesab edirlər ki, boşanmaq məsələsi onların şəxsi həyat məsələsidir və prezidentin xidməti fəaliyyətinə aidiyyatı yoxdur. Onlar ictimaiyyətdən və KİV-dən bu məsələyə anlayışla yanaşmağı və bu zaman ilk növbədə, onların yetkinlik yaşına çatmamış uşağının maraqları və hissləri ilə hesablaşmağı xahiş edirlər...» («Rosbalt»).

Boşanma haqqında qərar 30 aprel 2015-ci il tarixdə qüvvəyə minəcək. Onların kəbini 2004-cü ildə kəsilib və hər ikisinin həyatında ikinci «ittifaq»dır. Ər-arvadın 2003-cü ildə anadan olmuş Kadri Keyu adlı qızı var.

Bundan əvvəl Estoniya prezidenti psixoloq Meri Ballokla evlənibmiş. Bu kəbindən onun Luukas Kristyan adlı oğlu və Yuliya Kristiyne adlı qızı var.

Postimees <http://postimees.ee/> nəşri xəbər verir ki, ölkə ictimaiyyəti prezidentin ailəsində problemin olmasından ötən ilin avqustunda xəbər tutub. O zaman Komeet adlı kafenin eyvanında bir gənclə öpüşən Evelin fotokameranın hədəfinə çevrilib. Hadisədən sonra Evelin İlves özünün Facebook səhifəsində bunları yazıb: «Mənim üçün çətin günlər gəlib çatdı. Xahiş edirəm, kimi incitmişəmsə, hamınız məni bağışlayın!»

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar