Məşhur türkiyəli biznesmen həbs edildi -Foto

Türkiyənin tanınmış iş adamlarından biri həbs edilib.ANS PRESS-in məlumatına görə, Türkiyədə Evcil ləqəbi ilə tanınan Erol Əşrəfoğlu adlı iş adamı cinayət qruplaşması yaratmaq səbəbilə həbsə məhkum edilib.

Əvvəlcədən haqqında çıxarılmış qərara əsasən, axtarışda olan iş adamını ötən gecə İzmir cinayətlərlə mübarizə şöbəsi əməkdaşları Foça rayonundakı evinə basqın edərək tapıblar.

Polislər tərəfindən yaxalanan Erol idarədə aparılan prosedurlardan sonra həbsxanaya göndərilib.

Qeyd edək ki, müxtəlif cinayətlər törətmək məqsədilə qruplaşma quran Erol Əşrəfoğluna 6 il 8 ay həbs cəzası verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar