Müəllimlər ayağa qalxdı- Əmək haqqının artırılmasını tələb ediblər

Polşada müəllimlər kütləvi etiraz aksiyası keçirib. ANS PRESS-in məlumatına görə, Polşa Həmkarlar İttifaqlarının Alyansının Varşavada təşkil etdiyi aksiyada on minlərlə etirazçı iştirak edib.

Etirazçılar büdcədən maliyyələşən tədris müəssisələrində çalışan işçilərin əmək haqqının artırılmasını tələb ediblər.

Etirazçılar ölkənin Baş naziri Eva Kopaçın iqamətgahına yürüş edərək, tələblərinin yazıldığı müraciəti ona təqdim ediblər. Polşa Həmkarlar İttifaqları Alyansı müraciətə hökumətin xüsusi iclasında baxılmasını tələb edib.

Rəsmi məlumata görə, polşalı müəllimlərin etiraz aksiyasında 30 min adam iştirak edib. Təşkilatçılar isə aksiyaya 60 min nəfərin qatıldığını iddia edir. Məlumata görə, onlardan 20 mini ölkənin müxtəlif bölgələrindən paytaxta gəlmiş müəllimlər olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar