Beynəlxalq Universitetinin məzunları aksiya keçirirlər

Təhsil Nazirliyi tərəfindən bağlanmış Azərbaycan Beynəlxalq Universitetinin məzunları Təhsil Nazirliyinin qarşısında aksiya keçirirlər. Bu barədə musavat.com-a "Yeni Müsavat"ın reportyoru Hikmət Şirin məlumat verib.

Muavat. com-un m'luma;na görə, 20 nəfərdən ibarət olan məzunlar təhsil naziri Mikayıl Cabbarovla görüşərək öz problemlərini həll etmək istəyirlər. Onların problemi dörd il oxuduqları təhsil müəssisəsindən diplom ala bilməmələridir.

2003-2004-ci illərdə ABU-nu bitirmiş məzunlar reportyorumuza bildiriblər ki, onlar iki ay öncə Təhsil Nazirliyində olub, problemlərinin avqustda həll ediləcəyinə dair vəd alıblar. Artıq sentyabrdır və məzunlar istəyirlər ki, yeni nazir onların köhnə problemini həll etsin.

"4 il vaxtımız və o qədər pulumuz gedib, nəhayət, bizə də diplom verilməlidir ki, bir işin qulpundan yapışa bilək", - şikayətçi məzunlardan biri əməkdaşımıza deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar