Rusiyada itkin düşmüş mer tapılıb

Rusiya Rusiya Federasiyası Mari El Respublikasının paytaxtı Yoşkar Olanın itkin düşmüş meri Pavel Plotnikov tapılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Mari El Respublikası üzrə Baş İdarəsindən bildirilib ki, P. Plotnikov sağdır, ailəsinin əhatəsindədir, səhhətində hər hansı problem yoxdur.

Bildirilir ki, P. Plotnikov ailəsinə xəbər vermədən dostları ilə həftə sonu istirahət etməyə gedib.

Yoşkar Ola merinin itkin düşməsi barədə polisə həyat yoldaşı bildirib.

O, aprelin 17-dən 18-nə keçən gecə polis bölməsinə gələrək, həyat yoldaşının sonuncu dəfə Yoşkar Oladakı İnşaatçılar küçəsinə getdiyini, ondan sonra barəsində heç bir məlumat ala bilmədiyini bildirib.

Şəhərin bütün post-patrul, dövlət avtonəqliyyat və xüsusi mühafizə xidmətinin əməkdaşları merin axtarışlarına cəlb olunub.

P. Plotnikov 31 oktyabr 2014-cü ildən Yoşkar Ola şəhərinin meridir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar