“Səudiyyə Ərəbistanı Yəmənə hücumları dayandırmalıdır” - İran prezidenti

İran prezidenti Hassan Rohani Yəməndə husilərə qarşı hava hücumu həyata keçirən Səudiyyə Ərəbistanı hökumətini sərt tənqid edib.

Ruhani deyib ki, “insanların ürəyinə nifrət toxumu əkmisiniz, bunun da qarşılığını görəcəksiniz”.

İran prezidenti Səudiyyə Ərəbistanından Yəməndəki husilərə qarşı hücumlara son qoymağı tələb edib. Səudiyyə Ərəbistanının liderliyi ilə 8 ərəb ölkəsinin hərbi koalisiyası martın 25-dən Yəməndəki şiə məzhəbli husilərə qarşı hava hücumları həyata keçirir.

BMT-nin məlumatına görə, aprel ayının ortasına qədər Yəməndə 731 adam ölüb, 3000-ə yaxın adam yaralanıb.

Dünən gecə yarısı Yəmənin cənub-qərbində husi silahlıları ilə hökumət qoşunları arasında baş verən döyüşlərdə azı 27 nəfər ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar