Müxalifət Putinə qarşı birləşdi

Boris Nemtsovun partiyası Aleksey Navalnının İnkişaf Partiyasına qoşulacaq

Rusiyada 2016-cı ildə keçiriləcək parlament seçkilərində müxalifət vahid cəbhədə mübarizə aparacaq.

ANS PRESS-in məlumatına görə, Rusiyanın iki müxalifət partiyası seçkilərə birgə platforma ilə qatılacaqlarını açıqlayıb. Belə ki, qətlə yetirilmiş Boris Nemtsovun partiyası - Parnas Aleksey Navalnının rəhbərlik etdiyi İnkişaf Partiyasına qoşulacaq.

Bu barədə açıqlama verən Parnas partiyasının lideri Mixail Kasyanov atdıqları addımın əhəmiyyətinə diqqət çəkərək bildirib ki, 2016-cı il seçkilərində vahid platforma ilə iştirak müxalifətin birliyi üçün mühüm amildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar