"SEVİNC BABAYEVA SİFARİŞLƏ QƏTLƏ YETİRİLİB" - Elşad Abdullayev "Ağbaş"ın adamından yazdı

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev KİV-ə yeni məktub göndərib. AzPolitika.info-ya da daxil olan məktubda mərhum Sevinc Babayevanın Türkiyədə gizlənməsini təşkil etmiş  Səlcuq Ağlayan barədə maraqlı məlumatlar yer alıb. E.Abdullayev yazır:

“Mən Səlcuq Ağlayanla indiyə qədər görüşməmişəm, onunla heç bir tanışğılım və ədavətim olmayıb. Lakin Səlcuq Ağlayanın adını bir sıra kriminal olaylarda eşitmişəm. Hər şeydən əvvəl Səlcuq Ağlayanın “Yeni Müsavat” qəzetinin 2013-cü il 23 sentyabr, 24 oktyabr, 12 dekabr və 13 dekabr tarixli saylarındakı çıxışıları bir hüquq professoru kimi mənə deməyə əsas verir ki, o, Sevinc Babayevanın ölümündə günahkar olduğu üçün səsinin tonunu yuxarı qaldırır və məni təhdid edir. Uzun illərin məhkəmə təcrübəsi təsdiq edir ki, kriminoloji-hüquqi baxımdan belə durumda, bir qayda olaraq, cinayətdə təqsirli olan şəxslər zərərçəkmişi təhdid edib üstünə getməklə cinayətini gizlətməyə cəhd edir. Uzağa getmək lazım deyil; MTN zabiti Mahir Abdullayevi oğurlayan mütəşəkkil cinayətkar təşkilat bütün cəbhə boyu adam oğurluğu kimi sosial təhlükəli bir cinayəti gizlətmək məqsədilə zərərçəkmişin qohum-əqrəbasını təhdid etməklə məşğuldur. Əsas suçlular Ramiz Mehdiyev və İlqar Əliyev cinayətlərini gizlətmək məqsədilə zərərçəkmişə qarşı saxta cinayət işləri açdırır, yaxud Gülər Əhmədova məndən üzr istəmək əvəzinə üstümə gəlməklə öz cinayətlərini ört-basdır etməyə cəhd edir.

Bundan başqa cinayət prosessual qanunvericiliyinə görə belə mübahisəli məsələlərdə əsas zərərçəkmişin ifadəsi nəzərə alınmalıdır. Mərhum Sevinc Babayevanın anasının, bacısının, xalasının və oğlu Ayxan Məmmədovun məhkəmə və KIV-dəki çıxışları onu deməyə əsas verir ki, Gülər Əhmədova və əri Fikrət Ramiz Mehdiyevin əmrilə əvvəlcədən bilərək, planlı şəkildə “Gülərqeyt” əməliyyatının əsas şahidi Sevinc Babayevanı qətlə yetirmək məqsədilə İstanbulda Səlcuq Ağlayanın nəzarətinə veriblər. Bu fakta görə Səlcuq Ağlayan təhdidetmə yolunu seçib. Eşitdiyimə görə, mərhum Sevinc Babayevanın qohum-əqrəbası və oğlu Ayxan Məmmədov Avropa Məhkəməsinə şikayət edəcək. Hesab edirəm ki, Avropa Məhkəməsi Sevinc Babayeva haqqında da Avropa Şurasının, ATƏT-in və ABŞ Dövlət Departamentinin “Gülərqeyt Hesabatı”nın tələblərini əsas götürəcək. Bütün dünyanın gözü qarşısında bilavasitə Sevinc Babayevanın sifarişli qətlə yetirilməsinə görə Səlcuq Ağlayanı tanıdım. KİV-dən oxuduğuma görə, Sevinc Babayeva qətlə yetirilənə qədər Səlcuq Ağlayan 4 dəfə cinayət məsuliyyətinə cəlb edilib. Bu isə onun şəxsiyyətinin kriminoloji cəhətdən neqativ xarakterizə olunması ilə bağlıdır. Onun Türkiyədə başqa qanunazidd əməllərinə hələlik toxunmuram. Onun danışığı şəxsiyyət tipinin kriminaloji olduğunu bir daha təsdiqləyir.

Gülər Əhmədovanı axtaran zaman həmin ərəfələrdə Sevinc Babayeva mənə bildirdi: “Başımız qarışıqdır, Gülər türkiyəli iş adamı Səlcuğa külli miqdarda pul atıb. O da Gülərdən prokurorluğa şikayət edib. Bu halda da pulunu ala bilməyəndə Səlcuq məni və Güləri Prezident yanında İdaretmə Akademiyasının qabağında Gülərin təzə şəxsi avtomobilində arxadan zərblə vurdurdu. Bizi Allah qurtardı, o əzilmiş maşından heç kim sağ çıxa bilməzdi, biz çıxdıq. Sən demə, Səlcuq ”ağbaşın" adamı imiş. O hadisədən sonra , Gülər qaça-qaça təcili pulu geri qaytardı". Bu cinayət olayı mətbuatda da dərc olunub.

Azərbaycanda adam oğuluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın vacib fiqurlarından biri də Nüşabə Mirzoyevadır. Türkiydə Nüşabəni Seval kimi tanıyırlar. Nüşabə Mirzoyeva mənimlə prezidentin mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun müavini general Səftər Əliyevin yeznəsi Ələsgər adlı polkovniklə görüşdürüb. Görüşlərdə Nüşabə bir neçə dəfə ona məxsus olan telefonlarla adını aydın eşitdiyim Səlcuq bəylə tez-tez danışırdı.

Eyni zamanda, Səlcuq bəy adlı şəxs Nüşabə Mirzoyeva mənim yanıma gələn kimi ona zəng vururdu. Nüşabə Mirzoyeva ona deyirdi ki, Səlcuq bəy narahat olma, Elşad müəllimin yanındayam, hər şey yaxşı olacaq, işlər siz deyən planla gedir. Səlcuq bəylə Nüşabənin telefon danışığından hiss edirdim ki, Nüşabə və Bəylər Əyyubovun yaxını Ələsgər Səlcuqdan qorxurlar. Çünki, mənimlə danışıqlar zamanı onlara çoxsaylı telefon zəngləri gəlməsinə baxmayaraq, yalnız Səlcuğun zənglərinə cavab verirdilər. Onunla danışanda çox həyəcanlı olurdular. Bunlar video faktlarda da öz əksini tapıb.

Bir sıra qəzet redaktorlarını satın almaqla, prinsipial jurnalistləri öldürməklə, döyməklə, həbs etdirməklə, təhdid etməklə Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatı gizlətmək mümkün deyil. Biz o qəzetçiləri qınayırıq ki, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın sifarişilə yazılar çap edirlər. Belə qəzetçilər qanlı banda başçısı Hacı Məmmədovdan da təhlükəlidirlər".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar