Kanadalı jurnalist: «İtil Ukraynadan»!

Bu sözlər Kanadanın baş nazirinə ünvanlanıb

Kanada KİV-nin yaydığı məlumata görə («La Presse» nəşri), bu ölkənin baş naziri Harperin Ukraynada yaşanan silahlı münaqişəyə fəal müdaxilə çağırışları artıq bütün sərhədləri keçib (Ria Novosti).

Bundan əvvəl xəbər verilmişdi ki, Kanada Ukraynanın silahlı qüvvələrinin potensialını artırmaq məqsədilə hərbi təlimlər keçirmək üçün bu ölkəyə 200 həbçi göndərəcək.

Qəzet Ukraynakı mövcud situasiyanı belə şərh edir: «Döyüş bölgələrindən min kilometrlərlə uzaqda yerləşəcək 200 Kanada əsgəri hərbi mənada heç nəyi dəyişə bilməz. Artıq bu ölkədə 800 amerikalı və 75 britaniyalı hərbçi fəaliyyət göstərir. Moskva isə bütün bunları, artıq Pribaltikada - Rusiya sərhədlərinin lap yaxınlığında özünün raket bazalarını yerləşdirmiş NATO-nun provakasiyası kimi qiymətləndirəcək. Bunda əlavə, Avropa İttifaqı Ukrayna ilə assosiasiya sazişi imzalayıb. Hansı ki, bu ölkə həmişə Rusiyanın təsir dairəsində olub. Məhz bu səbəbdən dolayı, Putin baş verənlərə Krımın Rusiyaya qaytarılması ilə cavab verdi. Məlumdur ki, 1954-cü ilə qədər Krım Rusiyanın tərkibində olub...»

Qəzet yazır ki, ötən il G20 sammitində Kanadanın baş naziri Putinə «Ukraynadan itil» demişdi. Kanadalı jurnalist (sözügedən məqalənini müəllifi) kanadalı siyasətçilərin bu canfəşanlığını belə izah edir: «Ölkədə çox sayda Ukrayna diasporu var. Baş nazir seçkiqabağı bu cür canfəşanlıqla məhz Ukrayna diasporunun səsini qazanmaq məqsədi güdür. Seçkilərdə səs uğrunda yarışa çıxmaq indiki siyasətdə yolverilən davranışdır. Amma Ukraynaya yönəlik bu çalışma artıq bütün sərhədləri keçib və «təhlükəli oyun»a çevrilib. Odur ki, indi məhz Kanada hökumətinin başçısına demək istərdim: İtil Ukraynadan, cənab Harper!»

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar