"Kurtlar Vadisi Pusu"da daha bir ayrılıq

Azərbaycanda da əfsanəyə çevrilən tanınmış türk serialı "Kurtlar Vadisi Pusu"da daha bir ayrılıq yaşanacaq. ANS PRESS-in məlumatına görə, Kənan Çoban (Abdülhey) və Hakan Boyavdan (Kara) sonra Murat Aydın da serialla yollarını ayırmağa qərar verib.

Baltazar xarakteri ilə serialın fenomen simalarından biri olan Aydın ötən gün alış-veriş zamanı jurnalistlərə açıqlamasında bu barədə bildirib. Jurnalistlərin "çəkilişlər necə gedir?" sualına cavabında o ölüm səhnəsinin çəkilişinə hazırlaşdıqlarını deyib.

"Ölməyin çətin və ya asan olduğunu görəcəyik. Vadidə oynayan hər bir cani bir gün ölümü dadacaq", deyə zarafatyana cavab verib.

Xatırladaq ki, adıçəkilən serial on ildən çoxdur ki, yayımlanır. Bu zaman kimi filmdə rol alan Çakır, Abdulhey, Memati və sairə kimi məşhur obrazlar qəhrəmanlar öldürülərək serialla vidalaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar