Küləkli hava 3 gün davam edəcək

Bakıda havanın temperaturu 18, bəzi rayonlarda 23 dərəcə isti olacaq

Azərbaycanda müşahidə olunan küləkli hava şəraiti yaxın 3 gün ərzində davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, bu gün əsən şimal-qərb küləyi axşama doğru nisbətən mülayimləşəcək. Külək sabah nisbətən mülayimləşsə də, sonrakı 3 gün ərzində şimal-qərb küləyi yenidən davam edəcək.

Aprelin 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-9, gündüz 14-18 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam və gecə bəzi şimal- qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15 isti olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar