Bakıda intihar etmək istəyən kişi həyat yoldaşını öldürüb

Bakıda faciəli hadisə baş verib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1-ci qrup əlil, 65 yaşlı İskəndər Məmmədov ov tüfəngi ilə özünü öldürmək istəyərkən, həyat yoldaşı 60 yaşlı Heyran Məmmədova silahı onun əlindən almaq istəyib. Bu zaman atəş açılıb və güllə qadına dəyib. Nəticədə H. Məmmədova aldığı güllə yarasından hadisə yerindəcə dünyasını dəyişib.

Polisdən həmçinin bildirilib ki, hadisəni törədən kişinin ayaqları yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar