"Üç mina basdırmalı idim..." - Erməni kəşfiyyatçı

Gəncədə ötən il tutulan Arsen Baqdasaryanın məhkəməsi olub

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib. Anspress-in məlumatına görə, prosesdə zərərçəkənlər və şahidlər ifadə verib.

İttiham edilən Arsen Baqdasaryan məhkəmədə verdiyi ifadəsində saxlanılan zaman özünü Vazgen Qriqoryan kimi təqdim etdiyini deyib.

O, komandirindən üzərində olan üç minanı basdırmaq tapşırığı aldığını deyib.

A.Baqdasarayan saxlanılan zaman Azərbaycan hərbçiləri tərəfindən zorakılığa məruz qalmadığını, ona çay verildiyini deyib.

Proses aprelin 27-dək təxirə salınıb.

Qeyd edək ki, Ermənistanda xüsusi təlim keçən Arsen Eduardoviç Baqdasaryan Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən erməni silahlı qüvvələrinin tərkib hissəsində baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərdiyi zaman cinayətkar birliyin digər üzvləri ilə birlikdə 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub. Cinayət törətməkdə əsaslı şübhələr olduğundan Arsen Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar