Girovlarla görüş olacaq

dilqem sahbaz kelbecer girovŞahbazın bacısı: "Xahiş etmişik ki, onlara bağlama göndərək"

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri bu həftə girov kəlbəcərlilərə baş çəkəcək. Bu barədə anspress-ə ötən il Kəlbəcərdə ermənilərin girov götürdüyü Şahbaz Quliyevin bacısı İradə Quliyeva məlumat verib.

"Aprelin 17-də məktub yazıb Beynəlxalq Qızıl Xaç Komitəsinə vermişik. Bu həftə ərzində görüş olacağı gözlənilir. Görüşdə Şahbazdan məktub alıb bizə verəcəklərini gözləyirik. Komitədən xahiş etmişik ki, əgər mümkündürsə, onlara bağlama göndərək. Hələlik dəqiq bir cavab verməyiblər. Amma deyirlər ki, çətin ki, buna imkan verilsin".

Azərbaycan nümayəndəliyinin şöbə müdiri İlahə Hüseynova isə görüş haqqında yalnız görüşdən sonra məlumat veriləcəyini bildirib. "Saxlayan tərəf saxlanılan şəxslər üçün normal şərait təmin etməlidir. Əgər ehtiyac olarsa, Beynəlxalq Qızıl Xaç Komitəsi də bununla bağlı öz məsləhətlərini verə, aidiyyatı orqanlara müraciət edə bilər".

Xatırladaq ki, Ermənistan tərəfi öz doğma dədə-baba toqpaqlarına səfər etmiş kəlbəcərlilər Dilqəm Əsgərov və Şahbaz Quliyevi ötən ilin iyul ayında girov götürüblər. Qondarma Dağlı Qarabağ Respublikasında qurulan "məhkəmə"də isə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası verilib. Onlarla birlikdə olan Həsən Həsənov isə ermənilər tərəfindən vəhşicəsinə öldürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar