Dağıstanda xüsusi əməliyyat: “Qafqaz əmirliyi”nin lideri öldürüldü - FOTO

Üsyançı silahlıların olduğu şəxslərin sığındığı ev mühasirəyə alınıb

Dağıstanın Buynaksk şəhəri kənarında üsyançı silahlılar olduğu güman edilən şəxslərə qarşı xüsusi əməliyyat keçirlir. Anspress-in məlumatına görə, hüquq mühafizə orqanları xüsusi təyinatlıları tərəfindən həmin əməliyyat bazar günü axşamdan başlayıb.

Rəsmilərin sözlərinə görə, güc strukturları əməliyyatın son mərhələsini keçirirlər.

Bazar günü Buynaksk rayonunda antiterror əməliyyatı keçirilməsi rejimi elan olunmuşdu. Silahlıların sığındığı ev mühasirəyə alınmışdı. Danışıqlardan sonra binadan uşaq bayıra buraxılmışdı.

Döyüş nəticəsində bina qismən dağıdılmışdı. Güc strukturları nümayəndəliyində bildiriblər k, ilkin məlumatlara görə silahlılar arasında beynəlxalq terrorçu təşkilatlardan birinin rəhbərləri var.

* * *

Rusiyanın Dağıstan Respublikasında keçirilən xüsusi əməliyyat zamanı “Qafqaz əmirliyi” qruplaşmasının rəhbəri Əliasxab Kebekov öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Milli Antiterror Komitəsinin yaydığı xəbərdə deyilir.

Gerey-Avlak qəsəbəsində keçirilən əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Doku Umarovun xələfi sayılan A. Kebekovdan başqa cinayətkar qruplaşmaların başçıları Şamil Hacıyev və Ömər Maqomedov qətlə yetirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar