Tbilisi prospektində güclü yanğın: 6 avtomobil külə döndü - Fotolar

Yanğının hotel binasına keçmə ehtimalı böyükdür.

Bakının Tbilisi prospektində yerləşən "Qafqaz" hotelinin yanındakı yarımtikilidə güclü yanğın olub.

Hadisə şahidlərinin SalamNews-a verdikləri məlumata görə, yanğın nəticəsində ərazidəki altı avtomobil yanaraq, külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım avtomobilləri, o cümlədən post patrul xidmətinin əməkdaşları gəliblər.

Şahidlər bildirirlər ki, hava küləkli olduğundan yanğının hotel binasına keçmə ehtimalı böyükdür.

Hazırda yanğının qarşısının alınmağı üzrə işlər aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar