Bakı-2015: Məşəlin Azərbaycan gəzintisi - TAM MARŞRUT

İyunun 12-28-də Bakıda keçiriləcək Avropa Oyunları məşəl səyahətinin marşrutu tam müəyyənləşib. Apasport.az saytının məlumatına görə, aprelin 26-da Atəşgah Məbədində alovlandırılacaq məşəl 48 gün ölkə ərazisində gəzintidə olacaq.

Bakı-2015-in mərasimlər üzrə direktoru Katerina Uqvu bildirib ki, Alov səyahəti Avropa Oyunlarına gedən yolda yüksək əhval-ruhiyyənin və marağın yaranmasına səbəb olacaq. Səyahət bundan sonra baş verəcək hadisələrin gedişatını müəyyən edəcək.

Onun sözlərinə görə, səyahət zamanı ümumilikdə 1000-dən çox məşəlçi iştirak edəcək. Məşəl yer üzərində avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq.

Azərbaycan mədəniyyətinin simvolu olan məşəlin ilk səfəri Naxçıvana olacaq. Azərbaycanın ecazkar təbiətinin, zəngin mədəniyyətinin və tarixi irsinin təbliğ olunacağı təntənəli mərasimlərlə müşayiət olunacaq alov, ölkə boyunca 60 rayonu səyahət edərək Oyunların ruhunu yayacaq və insanların qəlblərini isidəcək.

Uqvunun sözlərinə görə, məşəl Azərbaycan xalqının 99 faizinin bir saatlıq gəzintiyə sərf etdiyi vaxt qədər səyahət edəcək və marşrut boyunca minlərlə insanın gündəlik tədbirlərə qatılacağı gözlənilir.

Alov iyunun 12-də təşkil olunacaq açılış mərasiminədək təxminən 5500 km məsafəni səyahət edəcək. 15 şəhər mərkəzində Alov festivalı da təşkil olunacaq.

Qeyd edək ki, “Yarat”ın bədii rəhbərliyi ilə Sebastian Berqnenin dizayn etdiyi Bakı-2015-in məşəl və çırağını ənənəvi Azərbaycan metal işləmələrindən ilhamlanmış materiallar və texnikaların istifadə edilməsi ilə işlənib və hazırlanıb. 660 mm hündürlüyü olan məşəlin gövdəsi yarışın brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadı. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Alov hər məntəqədə Məşəl və Oyunların brendindən götürülmüş, nar ağacı motivləri əsasında Azərbaycanın milli-mədəni dəyərlərini əks etdirərək hazırlanmış neftlə yanan çıraqlara ötürüləcək.

 

Xəritə istinadı

Tarix

Məkan

Tədbir

1

26 aprel

Atəşgah Məbədi

Alovun yandırılması

2

27 aprel

Naxçıvan

Alov festivalı

3

29 aprel

Lənkəran

Alov festivalı

4

1 may

Lerik

Qarşılama mərasimi

5

Astara

Qarşılama mərasimi

6

2 may

Yardımlı

Qarşılama mərasimi

7

Masallı

Qarşılama mərasimi

8

3 may

Biləsuvar

Qarşılama mərasimi

9

Cəlilabad

Alov festivalı

10

4 may

Salyan

Qarşılama mərasimi

11

Neftçala

Qarşılama mərasimi

12

5 may

Şirvan

Qarşılama mərasimi

13

Hacıqabul

Qarşılama mərasimi

14

6 may

Saatlı

Qarşılama mərasimi

15

Sabirabad

Alov festivalı

16

7 may

İmişli

Qarşılama mərasimi

17

Horadiz, Füzuli

Alov festivalı

18

9 may

Beyləqan

Qarşılama mərasimi

19

Yeni Xocavənd, Beyləqan

Qarşılama mərasimi

20

10 may

Ağcabədi

Qarşılama mərasimi

21

Quzanlı kəndi. Ağdam

Alov festivalı

22

12 may

Zərdab

Qarşılama mərasimi

23

Tərtər

Qarşılama mərasimi

24

13 may

Yevlax

Qarşılama mərasimi

25

Bərdə

Alov festivalı

26

14 may

Goranboy

Qarşılama mərasimi

27

Naftalan

Qarşılama mərasimi

28

15 may

Göygöl

Qarşılama mərasimi

29

Gəncə

Alov festivalı

30

16 may

Daşkəsən

Qarşılama mərasimi

31

Samux

Qarşılama mərasimi

32

18 may

Qazax

Qarşılama mərasimi

33

Ağstafa

Qarşılama mərasimi

34

19 may

Tovuz

Qarşılama mərasimi

35

Gədəbəy

Qarşılama mərasimi

36

20 may

Şəmkir

Alov festivalı

37

21 may

Ucar

Qarşılama mərasimi

38

Göyçay

Qarşılama mərasimi

39

22 may

Ağdaş

Qarşılama mərasimi

40

Mingəçevir

Alov festivalı

41

23 may

Balakən

Qarşılama mərasimi

42

Zaqatala

Qarşılama mərasimi

43

24 may

Qax

Qarşılama mərasimi

44

25 may

Oğuz

Qarşılama mərasimi

45

Şəki

Alov festivalı

46

26 may

İsmayıllı

Qarşılama mərasimi

47

Qəbələ

Alov festivalı

48

27 may

Kürdəmir

Qarşılama mərasimi

49

29 may

Ağsu

Qarşılama mərasimi

50

30 may

Qobustan

Qarşılama mərasimi

51

Şamaxı

Alov festivalı

52

31 may

Sumqayıt

Qarşılama mərasimi

53

Xızı

Qarşılama mərasimi

54

1 iyun

Qusar

Qarşılama mərasimi

55

Quba

Alov festivalı

56

3 iyun

Xaçmaz

Qarşılama mərasimi

57

4 iyun

Şabran

Qarşılama mərasimi

58

5 iyun

Siyəzən

Qarşılama mərasimi

59

Xırdalan

Qarşılama mərasimi

60

6 iyun

Qobustan Milli Parkı

Alov festivalı

61

7 iyun

Bakı

Məşəlin Bakıya gətirilməsi

61

8 iyun

Bakı

İdman obyektləri günü

61

9 iyun

Bakı

İçərişəhər gün

61

10 iyun

Bakı

İncəsənət və Memarlıq günü

61

11 iyun

Bakı

Şəhərdə son şənlik mərasimləri

61

12 iyun

Bakı

Açılış mərasimi

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar