Beynəlxalq Bankda sədr seçkisi ilə bağlı AÇIQLAMA - "Namizədlər var..."

Bu gün Azərbaycan Beynəlxalq Bankının əsas səhmdarı olan Maliyyə Nazirliyi Bankın İdarə Heyətinə yeni sədrin seçilə biləcəyi vaxtı açıqlayıb. “Marja”nın məlumatına görə, maliyyə naziri Samir Şərifov jurnalistlər bildirib ki, Banka yeni sədr İyul ayında seçilə bilər.

“Bankın Müşahidə Şurasının Ümumi yığıncağı İyul ayına planlaşdırılıb. İyulda idarə heyətinin üzvlərinin vaxtları da sona çatır. İyula qədər bizim vaxtımız var”.

Nazir, “Bankın İdarə Heyətinin sədri vəzifəsinə namizədlər var?” sualına “namizədlər həmişə var” şəkilində cavab verib.

Samir Şərifov bildirib ki, Beynəlxalq Bankın özəlləşdirilməsi də gündəmdədir.

Beynəlxalq Bankın özəlləşdirilməsi heç vaxt gündəmdən götürülməyib. Dövlət prinsip etibarilə dövlətə məxsus aktivləri, müəyyən strateji aktivlər istisna olmaqla özəllşdirməyə hazır olmalıdır. Bu banka gəldikdə də Azərbaycan höküməti eyni mövqedədir. Müəyyən proqram var, bu proqram üzrə də işlər aparılacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar