Xaçmazda görünməmiş etiraz aksiyası: Dövlət nümayəndələri də qatıldı - FOTO

Azərbaycanda orta məktəbdə zorlama hadisəsi baş verib. Anspress-in verdiyi məlumata görə, hadisə Xaçmaz rayonunun Alekseyvka kəndində, Milli Qəhrəman Yavər Şahbazov adına orta məktəbin həyətindəki qız tualetində baş verib.

Martın 16-da orta məktəbin 8-ci sinif şagirdi E.S. məktəbin həyətində iki nəfər gənc oğlanın hücumuna məruz qalıb. Oğlanlar onu zorla həyətdəki qız tualetinə aparıblar. Oğlanlar tualetdə qızı zorlayıblar. Onunla qeyri-təbii yolla cinsi əlaqədə olublar.

Qız zorlanan zaman qışqıraraq kömək istəyib. Bu zaman həyətdəkilər onun köməyinə gəliblər. Qızı zorlayan gənclər hadisə yerindən qaçıblar.

Bu hadisədən 1 ay 2 gün sonra, aprel ayının 18-də zorlanan E.S.-nin atası Xaçmaz Rayon Polis Şöbəsinə şikayət edib. Şikayət əsasında aparılan araşdırmalar zamanı qızı zorlamaqda şübhəli bilinən 1995-ci il təvəllüdlü Valeh Xurşudov və 1998-ci il təvəllüdlü Fərid Həsənov olduğu müəyyən edilib.

Hadisəni araşdırmaq üçün tibbi ekspertiza təyin edilib. Ekspertizanın nəticəsinə uyğun olaraq tədbir görüləcək. Hələlik qızın zorlanması ilə əlaqədar heç kim saxlanılmayıb.

Hadisə ilə əlaqədar bu gün Xaçmazın Alekseyvka kəndində kənd camaatı bir yerə toplaşaraq etiraz aksiyası keçiriblər. Aksiyaya dövlət nümayəndələri və məktəbin direktoru Mirzəşah Mikayılov da qatılıb. Direktor saytın bölgə müxbirinə bildirib ki, hadisə təhsil müəssisəsində görünməmiş biabırçılıqdır.

Aksiyada iştirak edən kənd camaatı tələb ediblər ki, qızın başına biabırçı hadisəni gətirənlərin ailəsi orada yaşamasınlar. Kənd sakinləri arasında gənc qız sahibi olan valideynlər də, bu hadisədən sonra övladlarını çölə tək buraxmağa qorxduqlarını bildiriblər.

Aksiyada iştirak edən Xaçmaz rayon icra başçısının Alekseyovka kənd nümayəndəsi Rasim Qasımov da sakinlərlə eyni fikirdə olduğunu bildirib. O vurğulayıb ki, kənddə biabırçı əməl sahibləri orada yaşamamalıdırlar.

Anspress-in çəkiliş qrupu qıza təcavüz edənlərin yaşadığı ünvana da baş çəkib. Lakin o şəxslərin ailə üzvləri həmin ünvanda olmayıblar.

Faktla bağlı araşdırmalar davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar