"Neft ucuzlaşacaq, dollar bahalaşacaq" - Maliyyə naziri

rus-oil23Rusiya maliyyə naziri neftin gələcək taleyi ilə bağlı proqnoz verib

"Dünya birjalarında neftin qiyməti bir barrelə görə 40 dollara qədər düşə bilər". Anspress-in məlumatına görə, bu barədə Rusiya maliyyə nazirinin müavini Maksim Oreşkin bildirib.

O qeyd edib ki, əgər belə olarsa dolların kursu 65 rubl səviyyəsinə çatacaq: "Neft üzrə çox böyük risklər var. Çünki biz görürük ki, mart ayında bazarda təklif artıb. Hazırda da təklif artımı davam edir. Əgər belə getsə, neftin qiymətini hazırki vəziyyətdə saxlamaq mümkün olmayacaq", -deyə nazir müavini bildirib.

Qeyd edək ki, bir çox beynəlxalq ekspertlər və təşkilatlar da neftin qiyməti ilə bağlı bədbin proqnozlar verirlər.

Mütəxəssislər hesab edir ki, İranın yenidən bazara aktiv qoşulması təkliflərin artmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində tələb-təklif balansını pozacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar