“Sığorta şirkətləri xeyriyyə cəmiyyəti deyil” - Samir Şərifov

Azərbaycanda bəzi sığorta agentləri sığorta şirkətlərinə problemlər yaradır. Fins.az-ın məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında maliyyə naziri Samir Şərifov bildirib. Onun sözlərinə görə, ölkə vətəndaşları sığorta barədə tam məlumatlı olmadığı üçün bəzən agentlər bundan istifadə edirlər, şirkətlərin adından satdıqları sığorta məhsuluna uyğun gəlməyən təminatlar verirlər.

“Sığorta agentlərinin əsas məqsədi məhsulu satmaqdır, sonrası onları maraqlandırmır. Nəticədə şirkətlər problemlərlə üzləşir. Maliyyə Nazirliyi bu problemlə müdaxilə edir, çünki şirkətlər müştərilər arasında maarifləndirmə aparmırlar. Nəticədə həm şirkətlərə, həm də sığortaya olan inam azalır. Müştərilər sığorta müqavilələrini diqqətlə oxumalıdırlar. Biz televiziyada xüsusi maarifləndirici proqramlar hazırlayırıq. Bir şeyi başa düşmək lazımdır ki, sığorta şirkəti xeyriyyə cəmiyyəti deyil. Şirkət 100 müştəridən aldığı pulu 1 sığorta hadisəsi zamanı ödəməyə məcbur olur. Belə hadisələr çox olduqda isə problem yaranır” – deyə nazir qeyd edib.

Samir Şərifov onu da bildirib ki, icbarı sığorta ilə bağlı rəhbərlik etdiyi quruma müəyyən müraciətlər var: “Sığorta şirkətləri bildirir ki, avtomobillərin idxalı xərcləri artıb. Hələ ki, Dövlət Sığorta Nəzarəti Xidməti vəziyyəti öyrənir və bununla bağlı Maliyyə Nazirliyində iş gedir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar