Neftə Səudiyyə əyləci

saudi-oill-petrolNeftin qiyməti düşməyə başladı.

Gün ərzində 64 dolları aşan Brent neftin qiyməti, Səudiyyə Ərəbistanı tərəfindən verilən açıqlamadan sonra 62 dollara endi.

Səudiyyə Ərəbistanının neft naziri Əli əl Nəimi, Səudiyyə Ərəbistanının neft hasilatının Apreldə rekord səviyyələrə yaxın olduğunu açıqlayıb. Nəimi, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının neft hasilatının Aprel ayında "təxminən 10 milyon barrel" olduğunu bildirib. Neft qiymətləri ABŞ-da neft quyularının sayının 2010-dan bəri ən aşağı səviyyəyə enməsinin ardından 64 dolların üzərinə çıxmışdı. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar