Ağdam təhsilinə nəzarət uğrunda mübarizə başlayıb - ŞİKAYƏT

Maliyyə Nazirliyinin Ağdam rayon Təhsil Şöbəsində aylardır davam edən yoxlamasından sonra, 17 ildir Təhsil Şöbəsinə rəhbərlik edən Elmira Şükürova aprelin 6-da vəzifəsindən azad olunub. Bu barədə AzPolitika.info-ya Ağdam təhsilindəki mənbə bildirib.

Məlumata görə, yoxlama nəticəsində Təhsil Şöbəsinin fəaliyyətində bir sıra ciddi nöqsanlar, o cümlədən maliyyə pozuntuları aşkarlanıb. Pozuntular o qədər ciddi xarakterli olub ki, qüdrətli himayədarlarının olmasına baxmayaraq, E.Şükürova vəzifəsindən götürülüb.

Hazırda isə rayonda Təhsil Şöbəsi uğrunda ciddi mübarizə gedir. Məlumata görə, postundan uzaqlaşdırılan E.Şükürova Ağdam təhsilini bundan sonra da nəzarət altında saxlamaq üçün özünün yaxın adamının TŞ müdiri vəzifəsinə təyin olunmasına çalışır.

“E.Şükürova özünə yaxın olan, adı bir sıra qalmaqallarda hallanan, rayonda “sələmçi Xəqani” kimi tanınan 96 saylı məktəbin direktoru Xəqani Nəzərovu Təhsil Şöbəsinin müdiri vəzifəsinə gətirmək üçün bütün imkanlarını səfərbər edib”, deyə mənbə bildirir. Onun dediyinə görə, X.Nəzərovun TŞ müdiri təyin olunması ehtimalı rayon ziyalılarını hiddətləndirib.

“Lakin narazılıqlara baxmayaraq, Ağdamın icra başçısı Raqub Məmmədov Xəqani Nəzərovu qəbul edib və onu Təhsil Şöbəsinin müdiri qoyacağına söz verib.”

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar